Azərbaycanın 9 rayonundakı dini durum müzakirə olunub

Azərbaycanın 9 rayonundakı dini durum müzakirə olunub
# 13 aprel 2013 12:25 (UTC +04:00)

Şamaxı - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun sədrliyi ilə Dövlət Komitəsinin Şirvan bölgəsinə daxil olan 9 rayonun İcra Hakimiyyətinin başçıları yanında fəaliyyət göstərən Dini İşlər üzrə Komissiyaların sədrlərinin iştirakı ilə Şamaxıda müşavirə keçirilib.

APA-nın verdiyi məlumata görə, toplantıda dini komissiyaların fəaliyyəti, bölgədəki dini durum, mövcud problemlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər əsas müzakirə predmeti olub.

Müşavirədə mövcud durum müzakirə olunub. Müşavirə Şamaxıda «Dövlət-din münasibətləri və maarifləndirmə işləri» mövzusunda keçirilən regional konfrans çərçivəsində baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR