Azərbaycanın Vyetnamdakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub

Azərbaycanın Vyetnamdakı səfirliyində Heydər Əliyevin büstünün açılışı olub
# 12 dekabr 2014 23:16 (UTC +04:00)

Səfirlikdən APA-ya verilən məlumata görə, tədbir Heydər Əliyevin vəfat etməsinin 11-ci ildönümünə həsr olunub. Tədbirdə Vyetnam parlamentinin deputatları, Kommunist Partiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, digər dövlət və hökumət qurumlarının üzvləri, diplomatik korpusun üzvləri, media nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov açılış nitqində tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, ümummilli liderin müstəqil Azərbaycanın yenidən qurulmasındakı rolundan söhbət açıb. Səfir 1983-cü ildə Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri qismində Hedər Əliyevin Vyetnama səfər etdiyini və bu səfərin tarixən dostluq münasibətləri olan iki ölkə üçün əlamətdar hadisə olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Vyetnam parlamentinin Xarici əlaqələr komitəsinin sədr müavini Nqo Duc Manh məhz Heydər Əliyevin Vyetnama səfərindən sonra azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin inkişafında iştirakının və Azərbaycanda təhsil alan vyetnamlı tələbələrin sayının çoxaldığını diqqətə çatdırıb.

Tədbirdə Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri zamanı onun keçirdiyi görüşlərdə tərçüməçi kimi iştirak etmiş Nqhiep Doan Danh öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, səfər çərçıvəsində Heydər Əliyevin Hanoyda Sovet və vyetnamlı mütəxəssislərin birgə inşa etdikləri “Dostluq” körpüsünün açılışında iştirakından bəhs edib. Tədbir Vyetnam mətbuatında geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR