Elmar Məmmədyarov Argentina səfirinin etimadnaməsinin surətini qəbul edib

Elmar Məmmədyarov Argentina səfirinin etimadnaməsinin surətini qəbul edib
# 16 aprel 2013 16:27 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Dante Rivanı qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Elmar Məmmədyarov Argentinalı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və onun fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu vurğulayıb və bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd edib.

Argentina səfiri Karlos Dante Riva ölkəsinin Azərbaycanla münasibətlərə mühüm önəm verdiyini qeyd edərək, ölkəmizdə səfir kimi fəaliyyəti ərzində ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylər göstərəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR