Bank Of Baku

Deputatın oğluna qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəmə baxışına verilib

Deputatın oğluna qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəmə baxışına verilib
# 07 iyun 2018 13:16 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zaur Səfərovun vəkili cinayət işinin istintaqa qaytarılması ilə bağlı vəsatət qaldırıb. Vəkil vəsatətini işin düzgün araşdırılmaması ilə əsaslandırıb.

 

Məhkəmə vəsatəti baxılmamış saxlayıb.

 

Məhkəmə baxışı iyunun 14-nə təyin edilib.

 

 

 

E.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) ittiham olunur. O, zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərini biznes qurmaq adı ilə aldadıb, onların 1 milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

E. İbrahimovun işində zərərçəkmiş şəxslərdən biri deputat Elmira Axundovanın oğlu Həbib Axundovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR