Azərbaycanda daha bir BOKT yaradılıb

Azərbaycanda daha bir BOKT yaradılıb
# 01 iyun 2016 08:40 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Aqrobiznes” bank olmayan kredit təşkilatı (BOKT) dövlət qeydiyyatına alınıb. Bu barədə “APA-Economics”ə Vergilər Nazirliyindən məlumat verilib.

Bildirilir ki, BOKT-un təşkilati hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir.

Təşkilatın nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Mübariz Məmmədov və Fuad Ağayevdir.

BOKT cari ilin fevral ayının 29-da dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, “Aqrobiznes” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr. Ev 35B, Məhəllə 3141-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR