Almaniya XİN: Ştaynmayer Bundestaqın "erməni soyqırımı" ilə bağlı qərarını dəstəkləyir

Almaniya XİN: Ştaynmayer Bundestaqın "erməni soyqırımı" ilə bağlı qərarını dəstəkləyir
# 02 sentyabr 2016 13:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer Bundestaqın "erməni soyqırımı"nın tanınması haqqında qətnaməsini dəstəkləyir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Martin Şefer keçirdiyi brifinqdə bildirib.

“Ştaynmayer Bundestaqın qətnaməsini dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək”,-deyə o söyləyib.

M. Şefer həmçinin diqqətə çatdırıb ki, xarici işlər naziri deputat olduğu üçün qəbul edilən sənədin ona aidiyyəti var.

Xatırladaq ki, Bundestaq "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsini iyunun 2-də qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR