Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Avqust - VİDEO

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 28 Avqust - <span style="color: red;">VİDEO
# 28 avqust 2015 17:09 (UTC +04:00)

Avropada futbol bayramı başlayır. Üç aylıq fasilədən sonra dünyanın aparıcı liqalarında oyunlara start verilir, üstəlik qitənin ən sanballı iki yarışının - Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsi başlayır. Azarkeşlərimizi ikiqat həyəcan gözləyir, bu il ilk dəfə olaraq Avropa Liqasının qrup mərhələsində iki komandamız çıxış edəcək. Bu qüruru bizə yaşatdığına görə “Qarabağ” və “Qəbələ” komandalarına təşəkkür edirik. Klublarımızı qrup mərhələsində çətin oyunlar gözləyir, azarkeşlərimiz isə “Tottenxem”, “Borussiya”, “Monako” kimi Avropanın tanınmış klublarının oyunlarını canlı izləmək fürsəti əldə edəcəklər. Bu il problemlərdən qurtula bilməyən yunanların yuxusunu ərşə çəkən, iki yunan klubunu nüfuzlu yarışdan kənarda qoyan “Qəbələ” missiyasını davam etdirmək əzmindədir. Afinaya gedib-gəlməyə bir növ adətkərdə olmuş klub bu dəfə PAOK səddini aşmağa çalışacaq. Artıq neçə ildir bizi qələbələrlə sevindirən “Qarabağ” üçün növbəti sınaq mərhələsi daha şərəfli olacaq. Erməni Mxitaryan Bakıya gələcək, “Qarabağ” Krasnodarda erməni azarkeşlərin önündə çıxış etməli olacaq. Bu səbəblərdən hər iki komandamızın azarkeş dəstəyinə ikiqat artıq ehtiyacı olacaq. Biz onların bu ağır imtahandan da alnıaçıq çıxacağına inanırıq. APA TV “Qarabağ” və “Qəbələ” klublarına Avropa Liqasının qrup mərhələsində uğurlar diləyir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR