Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb
# 06 avqust 2015 18:27 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan FHN-i məlumat yayıb.

Məlumata görə, təbii fəlakət zamanı 126 nəfər xəsarət alıb.

Son məlumata əsasən, daşqınlar nəticəsində 5 795 evə ziyan dəyib. Fəlakət zonasından 700 minədək adam təxliyə edilib. Xilasedicilər və hərbçilər müvəqqəti yaradılan 700 düşərgədə 70 minədək çadır və dörd ton qida məhsulları paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR