Meksikada yol qəzasında məşhur musiqi qrupunun 10 üzvü ölüb

Meksikada yol qəzasında məşhur musiqi qrupunun 10 üzvü ölüb
# 27 aprel 2013 22:04 (UTC +04:00)

Bakı-APA. Meksikanın şimalındakı Nuevo Leon ştatında baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində məşhur musiqi qrupunun 10 üzvü ölüb, daha 5 nəfər isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Banda La Reyna de Monterrey musiqi qrupunu Monterrey şəhərinə aparan avtobus yük maşını ilə toqquşub.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR