Leyla Əliyeva və rusiyalı qonaqlar Gəncədə olublar - FOTOSESSİYA

Leyla Əliyeva və rusiyalı qonaqlar Gəncədə olublar  - <span style="color: red;">FOTOSESSİYA
# 24 dekabr 2014 04:26 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və görkəmli rus şairi Mixail Lermontovun Bakıda keçirilən 200 illik yubileyində iştirak edən rusiyalı qonaqlar dekabrın 23-də Gəncədə olublar.

APA-nın verdiyi xəbərə görə, Leyla Əliyeva və rusiyalı qonaqlar əvvəlcə Heydər Əliyev park-kompleksinə gəliblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Heydər Əliyev park-kompleksi haqqında məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və qonaqlar hündürlüyü 41 metr olan Zəfər tağına çıxaraq park- kompleksi seyr etdikdən sonra fəvvarələr xiyabanından keçərək Heydər Əliyev Mərkəzinə gəliblər. Yol boyu parkda şəhər sakinləri ilə söhbət edən Leyla Əliyeva onlarla xatirə şəkilləri çəkdirib.

Heydər Əliyev Fondunun dəstəyi ilə hər il Bakıda keçirilən “Qız Qalası” Beynəlxalq Festivalında nümayiş etdirilən Qız qalasının maketlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar vaxtilə Heydər Əliyevin əkdiyi çinar ağacını seyr etdilər. Leyla Əliyeva yeni çinar ağacının əkilməsində iştirak edərək onu rəmzi olaraq “Lermontov ağacı” adlandırdı. Ağacın əkilməsində rusiyalı qonaqlar da iştirak etdilər.

Leyla Əliyeva və qonaqlar Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.

Mərkəzlə tanışlıq çərçivəsində Leyla Əliyeva burada IDEA İctimai Birliyinin Gəncə Şəhəri Resurs Mərkəzinin açılışında iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onun ideyalarını dəstəkləyən və həyata keçirilməsində iştirak edən IDEA İctimai Birliyinin Gəncə Resurs Mərkəzinin üzvlərinə hədiyyələr təqdim etdikdən sonra Mərkəzdəki xalçaçılıq dərnəyinin işi ilə tanış olub. Leyla Əliyeva burada toxunuşu başa çatan xalçanın kəsilməsi prosesində iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti xalçanı “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontova hədiyyə edib.

Mərkəzdə fəaliyyət göstərən musiqi dərnəyində rəqs qrupunun məşqlərinə baxan Leyla Əliyeva və rusiyalı qonaqlar Heydər Əliyev park-kompleksinə gəliblər. Onlar burada IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən yaşıllaşdırma marafonunda iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Diqqətə çatdırıldı ki, bu ərazidə 50 min ağacın əkilməsi nəzərdə tutulub. Yaşıllaşdırma marafonu çərçivəsində dekabrın 23-də isə 10 min ağacın əkiləcəyi bildirildi.

Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar burada hərəyə bir Xan çinarı əkdilər.

Gəncəlilərin sevimli istirahət yeri olan Xan bağına gələn Leyla Əliyeva və rusiyalı qonaqlar burada sakinlərlə söhbət ediblər.

Sonra Leyla Əliyeva və rusiyalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR