Londonda Avropa Qaz Konfransı keçirilib

Londonda Avropa Qaz Konfransı keçirilib
# 01 noyabr 2014 09:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Londonda ənənəvi Avropa Qaz Konfransı keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) “APA-Economics”ə verilən məlumata görə, konfransda BP, “Total”, “ENİ”, “Gazprom”, “BG Group”, eləcə də Avropanın başqa aparıcı neft və qaz şirkətlərinin, maliyyə və audit qurumlarının nümayəndələri iştirak ediblər.

Konfransda çıxış edən ARDNŞ-nin Böyük Britaniya Nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyev Azərbaycan qazının Avropa bazarlarına fasiləsiz və etibarlı nəql edilməsi məqsədi daşıyan Cənub Qaz Dəhlizi layihəsi barədə ətraflı məlumat verib. O, “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələrinin əhəmiyyətindən danışıb.

R. Əfəndiyev gələcəkdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha vacib rol oynayacağına əminliyini ifadə edib, konfrans iştirakçılarının suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR