İran media qurumlarının təmsilçiləri “APA Holding”də olublar - FOTOSESSİYA - VİDEO

İran media qurumlarının təmsilçiləri “APA Holding”də olublar - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 oktyabr 2014 12:15 (UTC +04:00)

APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün “APA Holding”də olub, qurumun rəhbəri Vüsalə Mahirqızı ilə görüşüblər.

Görüşdə qonaqlara “APA Holding”in strukturu, media qurumlarının fəaliyyəti, iş prinsipləri barədə məlumat verilib. Qonaqların suallarını cavablandıran V.Mahirqızı Azərbaycanda medianın mövcud durumu, inkişaf tendensiyaları barədə danışıb, Azərbaycan və İran media qurumları arasında əməkdaşlıq perspektivlərinin araşdırılmasının vacibliyini önə çəkib.

Qonaqlar “APA Holding”ə daxil olan media qurumlarının fəaliyyətinin İranda da maraqla izlənildiyini deyib, bu qurumların ölkənin daxilində və xaricində ictimai rəy formalaşdırmaqdakı əhəmiyyətindən danışıblar.

Daha sonra iranlı jurnalistlər holdinqə daxil olan media qurumlarının işi ilə tanış olub, şirkətdə çalışan tanınmış yazarlarla söhbət ediblər.

Görüşdə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyyid Məhəmməd Ayətullahi və səfirliyinin media üzrə eksperti Morteza Lotfi də iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR