“Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” başa çatıb - FOTO

“Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” başa çatıb - <span style="color: red;">FOTO
# 02 oktyabr 2014 09:23 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasında (ARDDA) “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi”nin başa çatması ilə əlaqədar yekun konfrans keçirilib. Bu barədə APA-ya ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən ARDDA-nın rəisi Qüdrət Qurbanov görüş iştirakçılarını salamlayaraq, əsas diqqəti son dövrlərdə Azərbaycanda dəniz nəqliyyatı sahəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə yönəldib. O, Azərbaycanın Beynəlxalq Dəniz Təşkilatının tam hüquqlu üzvü olmasından keçən dövr ərzində Beynəlxalq Dəniz Təşkilatının 18 konvensiyası və 8 protokolunun ratifikasiya edildiyini və Dövlət Dəniz Administrasiyası tərəfindən qeyd olunan Beynəlxalq Konvensiyaların yerinə yetirilməsi üzrə mühüm işlər görüldüyünü vurğulayıb.

Q.Qurbanov bildirib ki, “Azərbaycan Respublikasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin və dəniz mühitinin mühafizəsinin təkmilləşdirilməsi haqqında tvinninq layihəsi” çərçivəsində qarşıya qoyulan məqsədlərə tam nail olunub. Layihə çərçivəsində İspaniyanın dəniz nəqliyyatı sahəsi üzrə mütəxəssisləri ilə birgə həyata keçirilmiş fəaliyyətin nəticəsi olaraq “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu” layihəsi hazırlanıb və Milli Məclisi tərəfindən qəbul olunub. Həmçinin ARDDA haqqında Əsasnamədə dəyişikliklər edilib, Ticarət Gəmiçiliyi və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi, eləcə də Ətraf mühitin mühafizəsi ilə əlaqədar Qaydaların layihələri işlənib hazırlanıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems Azərbaycan və Aİ əlaqələrinə toxunaraq bu əlaqələrin Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində daha da möhkəmləndiyini bildirib. O, layihə çərçivəsində görülən işlərdən razı qaldıqlarını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR