Kiyevdə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin toplantısı olacaq

Kiyevdə “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin toplantısı olacaq
# 09 iyul 2016 09:02 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” ölkələrinin 7-ci qeyri-rəsmi əməkdaşlıq dialoqu iyulun 11-12-də Kiyevdə keçiriləcək.

APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, toplantıda Aİ-nin Qonşuluq siyasəti və genişləndirmə məsələləri üzrə komissarı Yohannes Han, Daxili bazar, sənaye və kiçik və orta sahibkarlıq üzrə komissarı Elizabeta Bienkovska və Xarici siyasət xidməti baş katibinin müavini Helqa Şmidt, həmçinin “Şərq Tərəfdaşlığı” ölkələri xarici işlər və iqtisadiyyat nazirləri iştirak edəcəklər.

Görüşdə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR