IŞİD Yəməndəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

IŞİD Yəməndəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 02 sentyabr 2015 20:33 (UTC +04:00)

Bakı-APA. İŞİD Yəmənin paytaxtı Sənada məsciddə törədilən terror aktına görə məsuliyyətini öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, məsciddə törədilən iki partlayış nəticəsində ölənlərin sayı 20-yə, yaralananların isə 40-a çatıb.

Qeyd olunur ki, terrorçu-kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Dindarlar məscidi tərk edərkən daha bir partlayış baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR