Paşha Bank
Bank Of Baku

BƏƏ və Yəmən yaxınlığında gəmilərə hücum edilib, Səudiyyə Ərəbistanında dronlar vurulub

BƏƏ və Yəmən yaxınlığında gəmilərə hücum edilib, Səudiyyə Ərəbistanında dronlar vurulub
# 18 oktyabr 2026 12:56 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yəmən sahillərində gəmilərə hücumlar qeydə alınıb.

APA “Al Jazeera”yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

Bildirilib ki, Hörmüz boğazı yaxınlığında yedək gəmisinə iki mərmi ilə zərbə endirilib. Bundan başqa, Yəmən sahillərində silahlı şəxslər mayeləşdirilmiş təbii qaz daşıyan tankerə atəş açıblar.

Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya paytaxt Ər-Riyad yaxınlığında bir neçə pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Koalisiya, həmçinin ölkənin Nəcran bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində iki hərbçinin həyatını itirdiyini bildirib. Hadisələr regionda davam edən hərbi gərginlik fonunda baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR