Milli Məclisdə Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş keçirilib

Milli Məclisdə Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş keçirilib
# 09 aprel 2015 15:18 (UTC +04:00)

MM-dən APA-ya verilən məlumata görə, görüşdə V. Ələsgərov dünya və region üçün aktual olan təhlükəsizlik məsələlərinə toxunub. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatların bəzi ölkələrin ərazi bütövlüyü məsələsi ilə bağlı fəaliyyətsizlik nümayiş etdirdiklərini, bunun nəticəsi olaraq dünyada münaqişələrin durmadan artdığını vurğulayıb. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki mövcud durum barədə danışan V. Ələsgərov qeyd edib ki, Avropa ölkələri Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır. Azərbaycana enerji resursları sahəsində sərmayə qoyulmasının daha çox maraq kəsb etdiyini deyən parlament sədrinin müavini Azərbaycanın neft-qaz ixrac edən ölkə kimi nüfuzundan söz açıb. O, TAP, TANAP kimi irihəcmli layihələrin icrasına başlandığını xatırladıb.

V. Ələsgərov Azərbaycanın ilk dəfə olaraq Birinci Avropa Oyunlarına ev sahibliyi etməsinə bəzi qurumların qısqanclıqla yanaşdığını deyib, Slovakiyanın bu oyunlarda fəal iştirak edəcəyinə əmin olduğunu söyləyib.

Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert qonaqpərvərlik və səmimi söhbət üçün minnətdarlığını bildirib. Slovakiyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, hər iki ölkənin parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinin günün tələbi olduğunu vurğulayıb. Qonaq bununla Azərbaycana ikinci dəfə səfər etdiyini və aparılan danışıqlardan razı qaldığını, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR