Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb - FOTOSESSİYA

Şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb - <span style="color: red;">FOTOSESSİYA
# 18 noyabr 2015 08:16 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün səhər saatlarından başlayaraq şimal bölgəsinin bəzi rayonlarına qar yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur.

Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar var. Dəniz səviyyəsindən 2 min metrdən çox ərazilərdə isə yağıntı müşahidə olunmur.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal bölgəsində temperatur aşağı düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR