“Amrahbank” məcmu kapitalı artırıb

“Amrahbank” məcmu kapitalı artırıb
# 01 avqust 2014 13:35 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin II rübündə “Amrahbank” ASC-nin aktivlərinin həcmi 189,156 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,50% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin eyni dövründə bankın kredit portfeli 6,31% artaraq 106,134 mln. manat olub.

Hesabat dövründə istehlak kreditlərinin həcmi 46,345 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 39,43% azdır.

Bankın depozit portfeli 1 il ərzində 27,92% artaraq 108,590 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 52,679 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 5,68% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi bu ilin iyulun 1-nə 3,059 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 0,47% azdır və kreditlərin hamısı İpoteka Fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bir il ərzində bankın məcmu kapitalı 3,68% artaraq 53,481 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.

Bu ilin 6 ayında bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 2,15 dəfə artaraq 14,296 mln. manat, xərcləri isə 2,19 dəfə artaraq 11,311 mln. manata çatıb.

II rüb ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 984,98 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 23 filialı, 24 bankomatı, 409 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR