Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə çatacaq

Azərbaycanın bəzi yerlərində havanın temperaturu 33 dərəcəyə çatacaq
# 01 may 2013 09:21 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14, gündüz 21-26, bəzi yerlərdə 28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 2-3-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, bəzi yerlərdə 33 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR