“Gəncəbank”da vaxtı keçmiş kreditlərin həcmi artıb

“Gəncəbank”da vaxtı keçmiş kreditlərin həcmi artıb
# 01 sentyabr 2014 10:03 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Gəncəbank”ın aktivlərinin həcmi 2014-cü ilin II rübündə 125,496 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 70,64% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,31 dəfə artaraq 104,356 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 1,215 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin iyul ayının 1-nə olan göstəriciyə nisbətən 2,42 dəfə çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi 2014-cü ilin iyulun 1-nə 22,338 mln. manat olub ki, ötən ilin analoji dövrü ilə müqayisədə 42,15% artım müşahidə olunur və bunun da 17,817 mln. manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin 10,316 mln. manat təşkil edir ki, bu da kredit portfelinin 9,88%-ni təşkil edir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 0,90% artaraq 5,617 mln. manata, əhalinin əmanətlərinin həcmi isə, 0,587 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 3,14 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 1,94 dəfə artaraq 51 mln. 61,5 min manata çatdığı halda, nizamnamə kapitalı 1,87 dəfə artaraq 50 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 3,01 dəfə artaraq 4,688 mln. manat, xərcləri isə 3,51 dəfə artaraq 4,624 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 63,8 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 5 filialı, 6 bankomatı, 21 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR