“AXA Mbask” sığorta sahəsinin lideri seçilib - FOTO

“AXA Mbask” sığorta sahəsinin lideri seçilib - <span style="color: red;">FOTO
# 17 dekabr 2014 07:31 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nailiyyətləri və inkişaf dinamikasını nəzərə alınaraq “AXA Mbask” sığorta şirkəti, “Sığorta sahəsinin lideri” nominasiyasında “Azeri Business Award-2014” milli mükafatına layiq görülüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azeri Business Award” Milli mükafatı Azərbaycanın aparıcı işgüzar nəşrlərindən olan “Business Time” jurnalı tərəfindən təsis olunub.

“Azerı Busıness Award” biznes sahəsində milli mükafatı ən yaxşı şirkətləri nümunə göstərərək, milli biznesin yeni imicini yaradır və həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir. Mükafatın amalı namizəd şirkətlərə öz bizneslərini inkişaf etdirməkdə, Azərbaycanda və xarici bazarlarda nüfuzlarını və rəqabət qabiliyyətini artırmaqda yardım göstərməkdən ibarətdir. Mükafat yerli biznesin inkişafındakı ən mühüm tendensiyaları əks etdirir.

Mükafat Azərbaycan bazarının milli biznesin yeni simasını formalaşdıran ən parlaq və dinamik iştirakçılarına təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil namizədlərin biznesinin inkişaf templəridir.

Təqdimat mərasimində mükafatı qəbul edən “AXA Mbask” sığorta şirkətinin idarə heyəti sədri Yavuz Ölken bu etimada görə təşəkkürünü bildirib. O, öz çıxışında şirkətin son vaxtda əldə etdiyi nailiyyətlərdən danışaraq, daim sığorta bazarının inkişafı və əhaliyə zamanın tələblərinə cavab verən yüksək keyfiyyətli sığorta xidmətləri göstərilməsi istiqamətində çalışdığını, şirkətin iş praktikasını, idarəetmə üsullarını, strukturunu və xidmət səviyyəsini mütəmadi təkmilləşdirərək, götürmüş olduğu öhdəlikləri tam şəkildə yerinə yetirilməklə özünün maliyyə stabilliyini və rəqabət üstünlüyünü nümayiş etdirməsini xüsusi vurğulayıb.

Qlobal sığorta qrupunun üzvü olan “AXA Mbask” sığorta şirkəti 2010-cu ildən etibarən şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarını tətbiq etməyə başlayıb. Belə ki, satışın sığorta agentləri vasitəsilə inkişafı planı həyata keçirilərək, qısa müddət ərzində bütün Azərbaycan ərazisində 80-ə yaxın fiziki və hüquqi şəxslərlə, həmçinin maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş sığorta polislərinin satış məntəqəsi açılıb.

Qeyd edək ki, bu, şirkətin bazara çıxdığı gündən etibarən aldığı yeddinci mükafatdır. Belə ki, adı çəkilən mükafatdan əlavə, "AXA Mbask” Caspian Energy Integration Award-2014 “Keyfiyyətli xidmətə görə ilin şirkəti” və Caspian Energy Integration Award-2013 və 2011 “İlin Sığorta Şirkəti” nominasiyada beynəlxalq mükafatları alıb. Həmçinin, şirkət, “İlin Sığorta Şirkəti” nominasiyasında “Azeri Business Award” Milli mükafatına (2013), “Azərbaycan bazarında beynəlxalq sığorta təcrübəsinin tətbiqinə töhfə” (2010) və “İlin Sığorta Şirkəti” (2012) nominasiyalarda “Uğur” milli mükafatına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR