Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar bilinib

Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar bilinib
# 04 iyun 2024 12:38 (UTC +04:00)

Azərbaycanda daşınar əmlakın yüklülüyü üzrə ən çox istifadə olunan kateqoriyalar məlum olub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ildə Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) üzrə ən çox istifadə edilən kateqoriyalar bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebel, heyvanlar, istehlak malları və avadanlıqlar olub.

Məlumata görə, DƏYDR-in əhatə dairəsi 2022-ci illə müqayisədə 91%, 2021-ci illə müqayisədə 200% genişlənib.

Qeyd edək ki, DƏYDR kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR