Azərbaycanın dəstəyi ilə İordaniya Universitetində yaradılmış xüsusi laboratoriyanın açılışı olub

Azərbaycanın dəstəyi ilə İordaniya Universitetində yaradılmış xüsusi laboratoriyanın açılışı olub
# 05 may 2015 10:36 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev İordaniya Universitetində təhsil alan fiziki qüsurlu (eşitmə və nitq qüsurlu, görmə qabiliyyətindən məhrum və əlil arabalarına məhkum olan) tələbələrin istifadəsi üçün nəzərdə tutulan və xüsusi avadanlıqlarla təchiz olunmuş kompüter laboratoriyasının açılış mərasimində iştirak edib.

AİDA-dan APA-ya verilən məlumata görə, mərasimdə İordaniya Universitetinin professor-müəllim heyəti, diplomatik korpusun nümayəndələri, tələbə və valideynlər iştirak ediblər.

Açılış mərasimi ölkənin yerli KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Tədbirdə çıxış edənlər istifadəyə verilmiş laboratoriyanın fiziki qüsurlu tələbələrin təhsillərini uğurla başa vurmasında və savadlı mütəxəssis kimi yetişməsində müstəsna rol oynayacağını vurğulayıblar, Azərbaycan tərəfindən fiziki qüsurlu tələbələrə göstərilmiş yardım və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, laboratoriya AİDA və ölkəmizin İordaniyadakı səfirliyinin dəstəyi ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR