İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb

 İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
# 17 noyabr 2014 14:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AP-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 177.2.1 maddəsinə əsasən həbs edilmiş şəxs Namiq Kərim oğlu Babayevə tanışı Ağdam şəhər sakini Çingiz Novruz oğlu Haqverdiyevin gətirdiyi sovqata baxış keçirilib. Bu zaman, kolbasanın içərisində sellofana bükülərək xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR