Azərbaycan İranla bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrdə iştirak edəcək

Azərbaycan İranla bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrdə iştirak edəcək
# 26 sentyabr 2014 09:41 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycan İranda bərpa olunan enerji mənbələrinə dair layihələrdə iştirak etmək marağındadır.

APA-Economics”in İran mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti bu sahədə əməkdaşlığı inkişaf etdirmək üçün İrana səfər edəcək.

Qeyd edək ki, İran 2018-ci ilə kimi alternativ enerji mənbələrindən 5 000 meqaVatt istehsal etmək niyyətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR