Almaniyada baş verən daşqında üç nəfər ölüb

Almaniyada baş verən daşqında üç nəfər ölüb
# 30 may 2016 08:52 (UTC +04:00)

Bakı - APA. Almaniyanın cənubunda baş verən daşqında üç nəfər ölüb.

APA-nın "Bild" nəşrinə istinadən verdiyi məlumata görə, həmin şəxslər Şvebiş-Qmünd şəhərində su basmış qarajdakı insanları xilas etmək istəyərkən boğulublar.

Ölənlərdən biri yanğınsöndürəndir.

Regionda avtomobil yolları su altında qalıb, tikililərə ziyan dəyib.

Bəzi rayonlarda elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR