Paşha Bank
Bank Of Baku

Azərbaycanda 2020-2025-ci illər üzrə Milli Meşə Proqramı hazırlanıb

Azərbaycanda 2020-2025-ci illər üzrə Milli Meşə Proqramı hazırlanıb
# 12 iyun 2019 15:36 (UTC +04:00)

"Meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılmalıdır".

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib. O bildirib ki, 2019-cu ildə meşəyə qulluq (xidmət), sanitar və meşələrin tör-töküntüdən təmizlənməsi hesabına 72 min kub metr oduncaq tədarükü nəzərdə tutulub, ərazilər müəyyən edilib və artıq bu işlərə başlanılıb: "İlk növbədə oduncaq Müdafiə Nazirliyinin hərbi hissələrinə, Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarına, Daxili İşlər Nazirliyinin daxili qoşun hissələrinə, təhsil və səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərdəki əhaliyə mövcud qanunvericilik əsasında dəyəri ödənilməklə verilir. Rayon İcra hakimiyyətlərinin bölgüsü əsasında təhsil və səhiyyə müəssisələrinə, həmçinin qazlaşdırılmayan kənd əhalisinə odun veriləcək. Tədarük edə biləcəyimiz oduncağın həcmi, mövcud tələbatın çox cuzi hissəsini təşkil edir. Ümumiyyətlə, meşələrə yanacaq mənbəyi kimi baxılmamalıdır. İstərdik ki, alternativ yanacaq növlərindən (daş kömür, soba yanacağı və s) istifadə edilsin və meşələrə yanacaq mənbəyi kimi baxılması fikri aradan qaldırılsın".

Departament direktoru deyib ki, yeni meşələrin salınması, meşə ilə örtülü ərazilərin genişləndirilməsi və meşəçilik sektorunun daha aktiv fəaliyyəti üçün Milli Meşə Proqramı hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış Milli Meşə Proqramının yaxın günlərdə ictimai dinləməsi keçiriləcək.

O bildirib ki, Milli Meşə Proqramının hazırlanmasında məqsəd meşə təsərrüfatlarının idarə edilməsi, hökumətin meşə siyasətini sürətli struktur dəyişiklikləri ilə reallaşdırmaq, institutsional və hüquqi bazanın inkişafı üçün təhlillər aparmaq və meşələrdən əhalinin davamlı istifadəsi üçün şərait yaratmaqdan ibarətdir və Milli Meşə Proqramı 2020-2025-ci illəri əhatə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR