Paşha Bank
Bank Of Baku

Bu ilin 10 ayında əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib

Bu ilin 10 ayında əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib
# 23 noyabr 2026 14:43 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin 10 ayı ərzində əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.

ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı/dirsəkaltı ağac olub.

Bildirilib ki, eyni zamanda, əlilliyi olan şəxslərə 2455 cüt protez və 5264 cüt ortopedik ayaqqabı, 257 korset və s. reabilitasiya vasitələri təqdim olunub: "Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR