Bank Of Baku

İran ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstandakı hərbi bazalarını hədəfə ala biləcəyini açıqlayıb

ABŞ-ın Almaniyadakı hərbi bazası

© APA | ABŞ-ın Almaniyadakı hərbi bazası

# 23 noyabr 2026 18:55 (UTC +04:00)

İran ABŞ-ın Böyük Britaniya, Almaniya və Bolqarıstandakı Amerika hərbi bazalarını hədəfə ala bilər.

Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Abbas Moxtadaei ölkənin SNN xəbər agentliyinə müsahibəsində bildirib.

“Böyük Britaniya, Almaniya və ya Bolqarıstandakı Amerika bazası bizim üçün Bəhreyndəki Amerika bazasından fərqlənmir. Əgər ABŞ İrana qarşı əməliyyatlar keçirmək üçün hər hansı ölkənin ərazisindən istifadə edərsə, həmin ərazi İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər”, – o vurğulayıb.

Moxtadaeinin sözlərinə görə, Avropa ölkələri əvvəllər ABŞ-a öz ərazilərindəki hərbi bazalardan İrana qarşı hücumlar üçün istifadə etməyə icazə verməyəcəklərini bildiriblər. Lakin sonradan Vaşinqton bir sıra Avropa dövlətləri ilə onların ərazilərindən və hərbi bazalarından istifadə imkanları barədə danışıqlara başlayıb.

İranlı deputat qeyd edib ki, Tehran ABŞ bazalarının yerləşdiyi coğrafi ərazini nəzərə almadan, ölkəyə qarşı hücumlarda iştirak edən hərbi obyektləri hədəf ala bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR