Siyəzəndə qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 2 nəfər yaralanıb

Siyəzəndə qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 2 nəfər yaralanıb
# 18 may 2015 12:37 (UTC +04:00)

Siyəzən. Vəli Turan-APA. Siyəzən rayonunda minik avtomobili aşıb.

APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə Bakı-Quba Rusiya Federasiyası yolunun 119-cu km-də, Siyəzən rayon ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Ağakişiyeva Mətanət Qədir qızının idarə etdiyi “Kia” markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və maşında olan sərnişin, Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Axundova Günay Əkrəm qızı müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. İlkin tibbi müayinədən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb.


Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR