İstanbulda 9 nəfər saxta içkidən ölüb - VİDEO

İstanbulda 9 nəfər saxta içkidən ölüb - <span style="color: red;">VİDEO
# 29 oktyabr 2015 06:50 (UTC +04:00)

Bakı-APA. Türkiyənin İstanbul şəhərində saxta spirtli içki içən 9 nəfər ölüb.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, son 3 gündə onlarla şəxs qarın ağrısı, qusma və görmək qabiliyyətinin itirilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Həmin şəxslərin spirtli içkidən zəhərləndikləri müəyyənləşib. Onlar Türkiyənin yerli alkoqollu içkisi olan rakı qəbul etdiklərini deyiblər.

Vəziyyəti ağır olan 9 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha bir neçə nəfərin vəziyyətinin ağır olduğu açıqlanıb. Həkimlər ölü sayının artacağını bildiriblər.

Saxta içkini istehsal etməkdə şübhəli bilinən 14 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR