Təhsil Nazirliyində müşavirə keçirilib - FOTO

Təhsil Nazirliyində müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 20 avqust 2014 13:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Təhsil Nazirliyində 2013-2014-cü dərs ilinin yekunları və 2014-2015-ci dərs ilində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müşavirədə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, rayon və şəhər təhsil şöbələrinin müdirləri və digər məsul işçilər iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov ötən dərs ilinin əlamətdar hadisələrlə yadda qaldığını və ölkə təhsilinin strateji inkişafı baxımından başlanmış islahatların uğurla davam etdirildiyini bildirib. O, təhsilin məzmunu, müəllimin fəaliyyətinin səmərəliliyinin artırılması, tədris resurslarının hazırlanması, təhsil müəssisələrinin işinin günün tələbləri səviyyəsində təşkili və mövcud olan mənfi hallara qarşı mübarizə sahəsində aparılan islahatların müsbət nəticələr verməsini təqdirəlayiq hal kimi dəyərləndirib.

Nazir təhsil sahəsinin inkişafı, mövcud problemlərin aradan qaldırılması istiqamətində aparılan islahatların cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəkləndiyini söyləyərək qeyd edib ki, ötən dərs ilində təhsilin bütün pillələri üzrə yekun göstəricilər və həyata keçirilən islahatların ilkin nəticələri bunu deməyə əsas verir. M. Cabbarovun sözlərinə görə, regional təhsil idarələrinin yaradılması təkcə ümumi təhsilin idarəetmə strukturunun optimallaşdırılması yönündə deyil, eləcə də digər təhsil pillələrinin inkişafı üçün yerlərdə zəruri imkanların formalaşdırılmasında böyük əhəmiyyətə malik olacaq: “Nəticə etibarilə müasir idarəetmə, hesabatlılıq və məsuliyyətin bölüşdürülməsi prinsiplərinin tətbiq edilməsi sayəsində yerlərdə təhsilin idarə edilməsində şəffaflığın və aşkarlığın artırılmasını təmin etmiş olacağıq. Struktur islahatları təhsilin keyfiyyət göstəricilərinin əsaslı yaxşılaşdırılmasına, sağlam təhsil mühitinin yaradılmasına, müəllim peşəkarlığının artırılmasına, təhsil alanların və təhsil verənlərin mənafelərinin təmin edilməsi kimi məqsədlərin reallaşdırılmasına xidmət edir”.

Müşavirədə regional idarələrin formalaşdırılması üçün atılacaq addımlar, qarşıda duran vəzifələr, digər dövlət orqanları ilə fəaliyyətin koordinasiyası və digər məsələlər ətraflı müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR