"Bank of Baku"da kadr dəyişikliyi olub

"Bank of Baku"da kadr dəyişikliyi olub
# 07 oktyabr 2015 07:48 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Bank of Baku" ASC-də kadr dəyişikliyi baş verib.

"APA-Economics"in verdiyi xəbərə görə, Vüqar Fərəcov oktyabr ayından bankın Satışa dəstək departamentinin direktoru (Biznes sahəsi üzrə) təyin olunub.

Bundan əvvəl isə V. Fərəcov bankın “Babək” filialının direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, “Bank of Baku”nun apardığı filial şəbəkəsinin optimallaşdırılması siyasətinə uyğun olaraq "Babək" filialı "Neftçilər" filialı ilə birləşdirilib.

Bankdan "APA-Economics"ə xəbəri təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR