Bakı. Cavid Zeynallı – APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Zaqatalada vətəndaşları qəbul edəcək.
Bu barədə APA-ya Dövlət Xidmətindən bildirilib. Verilən məlumata görə, iyulun 30-da keçiriləcək qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının sakinləri iştirak edəcək.