QHT-lərə Dövlət Dəstəyi Şurası Heydər Əliyevin yubileyinə həsr etdiyi yazı müsabiqəsinə yekun vurub

QHT-lərə Dövlət Dəstəyi Şurası Heydər Əliyevin yubileyinə həsr etdiyi yazı müsabiqəsinə yekun vurub
# 04 may 2013 14:25 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirdiyi beynəlxalq yazı müsabiqəsinə daxil olmuş məqalələrin qiymətləndirilməsi başa çatıb. Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, fevralın 15-də elan olunmuş və dünyanın 6 ölkəsində - Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Türkiyə və Rumıniyada yerləşən Azərbaycan səfirlikləri vasitəsilə, bu ölkələrin ictimaiyyətinin diqqətinə çatdırılıb və müsabiqə barədə xəbər böyük marağa səbəb olub. Müsabiqə H.Əliyevin şəxsiyyəti, beynəlxalq ictimai-siyasi fəaliyyəti, onun Azərbaycanın həmin ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrində rolu haqda mövzuları əhatə edib.

Bu gün Şurada müsabiqəyə təqdim olunan yazıların qiymətləndirilməsinin son mərhələsi ilə bağlı Müsabiqə Komissiyasının yekun toplantısı keçirilib. Komissiyanın tərkibinə millət vəkili Elmira Axundova, «APA Holding»in prezidenti Vüsalə Mahirqızı, «İnterfaks-Azərbaycan» informasiya agentliyinin direktoru Aleksandr İvanov, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Jurnalistlər İttifaqının baş katibi Ramiz Əsgər və «1News.az» informasiya agentliyinin baş direktoru Rəhman Hacıyev daxildir. Toplantıda yazı müsabiqəsinə yekun vurulduğu qeyd olunub və qaliblərin mükafatlandırma mərasiminin təşkili ilə bağlı məsələlər müzakirə edilib.

Müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi mayın 7-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR