"Azərsu" sığorta xərclərini kəskin artırıb

"Azərsu" sığorta xərclərini kəskin artırıb
# 07 iyul 2015 12:28 (UTC +04:00)

Bakı - APA-Economics. "Azərsu" ASC-nin 2014-cü ildə sığorta xərcləri 860 min manat olub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin konsolidə edilmiş maliyyə hesabatında qeyd edilib.

Hesabata əsasən, 2013-cü illə müqayisədə bu rəqəm 74,1% və ya 396 min çoxdur.

Xərclərinin strukturuna nəzər saldıqda məlum olur ki, satışların maya dəyəri üzrə sığorta xərcləri 318 min manat, inzibati sığorta xərcləri 151 min manat, satış və paylama üzrə sığorta xərcləri 391 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR