Nazir: “Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır”

Nazir: “Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır”
# 02 may 2015 14:03 (UTC +04:00)

Bakı. Musa Əhmədov, Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan hökuməti Azərbaycanı regionun vacib ölkəsinə çevirməyə çalışır.

APA-Economics”in xəbərinə görə, bunu Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində maliyyə naziri Samir Şərifov “Asiya üzrə Özəl İnfrastruktur: Bank Layihələrinin hazırlanması və Özəl Maliyyələşdirmə üzrə maneələrin aradan qaldırılması üçün məhdud təchizat lakin geniş tələbat” mövzusunda keçirilən seminarda deyib.

S. Şərifov bildirib ki, Azərbaycan yeganə ölkədir ki, burda həm Avropa, həm də Asiyanın əlamətləri birləşib: “Biz özümüzü Avrasiya ölkəsi kimi qəbul edirik. Azərbaycan Avropa və Asiya arasında körpü rolunu oynayır. Azərbaycan Avropadan Asiyaya və əks istiqamətdə məhsulların göndərilməsi baxımından mərkəzi ölkədir. Bu dəmir ipək yolu layihəsi adlandırılır. Bu layihə sahəsində Azərbaycan, Gürcüstan və Türkiyə birləşəcək. Biz inanırıq ki, Xəzər dənizi regionundan mallar Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatdırıla bilər. Hazırda bu layihə həyata keçirilir. Bizim Çinlə, Çin şirkətləri ilə əlaqələrimiz var. Çinin layihəni dəstəkləməsində maraqlı olması ilə bağlı məlumatlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR