Əli Əhmədov: “Yeddi rayonun qaytarılmasını Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərik” - VİDEO

Əli Əhmədov: “Yeddi rayonun qaytarılmasını Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərik” - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 11:35 (UTC +04:00)

APA-nın məlumatına görə, Ə. Əhmədov jurnalistlərə deyib ki, Azərbaycanın mövqeyi Ermənistan ordusunun bütövlükdə işğal olunmuş ərazilərdən çıxarılmasından ibarətdir. O, ölkə başçısının fikrini xatırladaraq qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti ola bilməz: “Təbii ki, məsələyə yanaşma da yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində mümkün ola bilər. Ərazi bütövlüyünün bərpası müxtəlif konseptual yanaşmalar nəticəsində mümkündür. Kimlərsə bunun mərhələli həllini təklif edir, kimlərsə paket şəklində təqdim edir. Azərbaycan bu məsələdə mövqeyini dəfələrlə bəyan edib. Sırf 7 rayonun qaytarılması məsələsinə gəlincə isə, məsələyə bu cür yanaşırıq: bunu bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi kimi qəbul edə bilərik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR