“Bank VTB (Azərbaycan)”: Rusiya banklarının SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır

“Bank VTB (Azərbaycan)”: Rusiya banklarının SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır
# 10 dekabr 2014 10:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Bank VTB (Azərbaycan)” Rusiya banklarının SWIFT sistemindən kənarlaşdırılması ehtimalına münasibətini açıqlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Bank VTB (Azərbaycan)”ın mütəxəssislərinin fikrincə, Rusiya banklarının SWIFT beynəlxalq sistemindən kənarlaşdırılması ehtimalı çox azdır. Bankın ekspertləri qlobal operatorun bəyanatının buna əsas gətirir.

”Beynəlxalq bank məlumatları mübadiləsi sistemi olan SWIFT ona göstərilən siyasi təzyiqə görə Rusiyanı öz xidmətlərindən kənarlaşdırmaq niyyətində olmadığını rəsmən bəyan edib. SWIFT öz bəyanatında xatırladır ki, bu, Belçika qanunvericiliyinin tabeçiliyində olan neytral qlobal operatordur. Rusiyanın beynəlxalq bank məlumatları mübadiləsi sistemindən kənarlaşdırılması barədə Avropa Parlamentinin tövsiyələri SWIFT-in hüquqlarını pozur və onun nüfuzuna ciddi ziyan vurur”, - deyə məlumatda vurğulanır.

“Bank VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlevin fikrincə, Rusiya banklarının adıçəkilən sistemdən kənarlaşdırılsa belə, bank alternativ resurslardan istifadə etmək imkanlarına malikdir: “Əgər Rusiya SWIFT sistemindən kənarlaşdırılarsa, “Bank VTB (Azərbaycan)” öz ödənişlərini bankın 49% səhmlərinə sahib olan “AtaHolding” ASC-nin tərkibindəki “AtaBank” vasitəsilə həyata keçirə bilər”.

Bankdan o da bildirilib ki, 210 ölkənin 10 mindən artıq maliyyə təşkilatının qoşulduğu SWIFT şəbəkəsi vasitəsi ilə gün ərzində 6 trln. dollardan çox həcmdə ödəniş aparılır: “Rusiya SWIFT sistemindən istifadə edənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Bu isə bir daha təşkilatın özünün də Rusiyanın sistemdən kənarlaşdırılmasında maraqlı olmadığını təsdiq edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR