Maldivdə müxalifət lideri və 200-ə yaxın etirazçı həbs olunub

Maldivdə müxalifət lideri və 200-ə yaxın etirazçı həbs olunub
# 02 may 2015 13:23 (UTC +04:00)

Bakı - APA. Maldivdə keçirilən etiraz aksiyasının 193 iştirakçısı polis tərəfindən həbs olunub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, həbs olunanlar arasında müxalif Demokratiya partiyasının lideri Şeyx İmran Abdulla da var. Qeyd edək ki, ölkənin keçmiş prezidenti Məhəmməd Naşid də adıçəkilən partiyanın üzvüdür. Bir müddət öncə eks-prezident terrorçuluqda ittiham olunaraq həbs edilib.

M. Naşidin həbsindən sonra ölkəni etirazlar aksiyaları bürüyüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR