Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
# 18 oktyabr 2014 09:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. 13-15 oktyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində BMT-nin Korrupsiyaya qarşı mübarizə üzrə Konvensiyasına tərəf dövlətlərin konfransının icraya nəzarət qrupunun 5-ci sessiyasının davamı keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə prokurorları Əmir Ocaqverdiyev və Heydər Məmmədov təmsil edib.

Sessiya zamanı BMT-nin Korrupsiya əleyhinə Konvensiyası icmal prosesi çərçivəsində yaranan çətinliklər və müsbət təcrübələr barədə fikir mübadiləsi aparılıb, üzv dövlətlərin texniki yardım ehtiyacları müəyyənləşdirilib, Konvensiyanın icrasına nəzarət mexanizminin təkmilləşdirilməsi, habelə maliyyə və büdcələşmə məsələləri müzakirə edilib.

Tədbirdə iştirak edən Əmir Ocaqverdiyev və Heydər Məmmədov sessiya iştirakçılarına Konvensiyanın tətbiqi ilə əlaqədar son dövrlərdə Azərbaycanda aparılan mütərəqqi islahatlar barədə məlumat verərək onları maraqlandıran sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR