Vladimir Putin: “Bakıda keçirilən forum kimi təşəbbüslər ölkələrimiz arasında münasibətlərin palitrasını daha da zənginləşdirir”

Vladimir Putin: “Bakıda keçirilən forum kimi təşəbbüslər ölkələrimiz arasında münasibətlərin palitrasını daha da zənginləşdirir”
# 12 aprel 2013 08:40 (UTC +04:00)

Bakı-APA. Bakıda keçirilən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının I Beynəlxalq Forumunda ali məktəbin rektoru Anatoli Torkunov Rusiya prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətini oxuyub. APA-nın məlumatına görə, Rusiya prezidenti müraciətində bildirib ki, ötən illər ərzində Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu uğurlu diplomatlar nəsli bitirib: “Əminəm ki, bu gün keçirilən forum kimi təşəbbüslər ölkələrimiz arasında münasibətlərin palitrasını daha da zənginləşdirir”.

Daha sonra Anatoli Torkunov gələn il 70 illiyini qeyd edəcək ali məktəbin tarixi və indiki fəaliyyəti barədə danışıb.

“Rossotrudniçestvo”nun rəhbəri, Rusiya prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Konstantin Kosaçev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun forum iştirakçılarına müraciətini oxuyub. XİN başçısı gərgin iş qrafiki ilə əlaqədar forumda iştirak edə bilmədiyinə görə təəssüfləndiyini vurğulayıb: “Əminəm ki, Azərbaycanın ənənəvi qonaqpərvərliyi parlaq, yaddaqalan bayram keçirməyə imkan verəcək. Bu forumun ənənəvi xarakter daşıyacağına ümid edirəm”.

Sergey Lavrov bütün iştirakçıları gələn il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun 70 illik yubileyində iştiraka dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR