Bakı. Fərid Mirzəyev – APA. AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. AMEA-dan APA-ya verilən xəbərə görə, monoqrafiya dəyişən mədəni kontekst şəraitində qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub.
Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub.
Kitabda sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində “Qərb – qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.