“Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” kitabı çap olunub

“Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” kitabı çap olunub
# 21 sentyabr 2015 08:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayevanın “Qeyri-Qərb müasirliyi postmodern və mədəni çoxsəslilik diskursunda” adlı növbəti kitabı işıq üzü görüb. AMEA-dan APA-ya verilən xəbərə görə, monoqrafiya dəyişən mədəni kontekst şəraitində qeyri-Qərb ölkələrində postmodernist indikatorların fəlsəfi dərkinə həsr olunub.

 

Nəşrdə ictimai şüurun transformasiyası, postmoderndə din, habitus, identiklik, bədən siyasəti, simvolik təmsillər və s. məsələlər təhlil olunub.

 

Kitabda sosio-mədəni məzmunun müxtəlifliyi ilə şərtlənmiş postmodernin kontekstində “Qərb – qeyri-Qərb” dixotomiyası, həmçinin postsovet cəmiyyətləri işıqlandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR