AXCP üzvləri Sərdar Cəlaloğlunun çıxışını yarımçıq kəsiblər

AXCP üzvləri Sərdar Cəlaloğlunun çıxışını yarımçıq kəsiblər
# 16 iyul 2014 10:14 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən S. Cəlaloğlu bildirib ki, Azərbaycanda xalq hərəkatı ilə bağlı bütün məsələləri AXC lideri Əbülfəz Elçibəyin adı ilə bağlamaq düzgün deyil: “Məsələn, dövlət dilinin Azərbaycan dili elan olunması 1956-cı ildə İmam Mustafayevin adı ilə bağlıdır”.

Bu vaxt AXCP üzvləri səs-küy salaraq onun çıxışına etiraz ediblər. Onlar “Rəsulzadə-Elçibəy” şüarı səsləndiriblər. S. Cəlaloğlu isə narazılığını bildirərək, izah etməyə çalışıb ki, Azərbaycanın dövlətçilik tarixinin də Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlanması doğru deyil: “Çünki bizim dövlətçilik tariximiz Xiyabanidən başlayır”.

AXCP üzvləri isə yenidən etiraz etdikdə, S. Cəlaloğlu çıxışını yarımçıq kəsərək zalı tərk edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR