Koreya Fondunun icraçı vitse-prezidenti BDU-da olub - FOTO

Koreya Fondunun icraçı vitse-prezidenti BDU-da olub - <span style="color: red;">FOTO
# 19 may 2015 12:07 (UTC +04:00)

Bakı-APA. Koreya Fondunun icraçı vitse-prezidenti, professor Keum Jin Yoon Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya bildirilib ki, rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, Koreya universitetləri ilə ikitərəfli əməkdaşlığın əhəmiyyətindən, BDU-nun nəzdində fəaliyyət göstərən Koreya Mərkəzinin fəaliyyətindən, Koreya dili və ədəbiyyatının tədrisindən söz açıb.

Koreya Fondunun icraçı vitse-prezidenti, professor Keum Jin Yoon təmsil etdiyi fond haqqında məlumat verib, Azərbaycanla, xüsusilə BDU ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib, görülən işlər və gələcək perspektivlər barədə fikirlərini bölüşüb. Qonaq Koreya Fondu ilə BDU arasında imzalan müqaviləyə əsasən, 2012-ci ildən başlayaraq Fond tərəfindən BDU-nun Uzaq şərq dilləri və ədəbiyyatı kafedrasına Koreya dili və ədəbiyyatı müəlliminin göndərildiyini və səmərəli nəticələrinin olduğunu da qeyd edib.

Görüşdə Elm və innovasiyalar üzrə prorektor Aydın kazımzadə, Xarici tələbələrlə iş üzrə dekan Gülheyran Rəhimova, Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri, dosent Oktay Cəlilbəyli də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR