AMEA-da Biofiziki İnstitutu yaradılacaq

AMEA-da Biofiziki İnstitutu yaradılacaq
# 02 oktyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Biofiziki İnstitutu yaradılacaq.


APA-nın məlumatına görə, bunu bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən paneldə AMEA prezidenti Akif Əlizadə açıqlayıb.


A.Əlizadə bildirib ki, fizika üzrə Nobel mükafatı laureatı Corc Ficerald Smutt bir müddət əvvəl Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Azərbaycanda biofizikanın inkişafı ilə bağlı təkliflə çıxış edib. Dövlət başçısı da bununla bağlı AMEA-ya tapşırıq verib: “AMEA-da artıq Biofizika Mərkəzi yaradılıb. AMEA nəzdində Biofizika İnstitutunun yaradılmasını planlaşdırırıq və inanırıq ki, Corc Ficerald Smutt kadrların hazırlanmasında da Azərbaycana dəstəyini əsirgəməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR