Saatlıda 10 yaşlı uşağı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb

Saatlıda 10 yaşlı uşağı vuraraq öldürən sürücü hadisə yerindən qaçıb
# 04 oktyabr 2014 09:25 (UTC +04:00)

Saatlı rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Saatlı şəhərindən keçən dəmiryol xəttinin yaxınlığında qeydə alınıb. Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Heydərov Mirspən Adil oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. M. Heydərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçıb. Hazırda Saatlı rayon Polis Şöbəsinin əməliyyat qrupu hadisə yerindən yayınan sürücünün və avtomobilin axtarışlarını davam etdirir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR