Musiqili Komediya Teatrının rəqs kollektivi Beynəlxalq Uşaq Festivalında iştirak edəcək - FOTO

Musiqili Komediya Teatrının rəqs kollektivi Beynəlxalq Uşaq Festivalında iştirak edəcək - <span style="color: red;">FOTO
# 15 aprel 2013 09:56 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının nəzdində fəaliyyət göstərən yaradıcılıq studiyasının rəqs kollektivi Türkiyədə TRT-nin xətti ilə 35-ci dəfə keçiriləcək Beynəlxalq Uşaq Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İzmir şəhərində keçiriləcək festivala kollektivin 10 yaşdan 13 yaşa kimi 13 solisti qatılacaq. Onlar konsert proqramlarında Azərbaycanın milli rəqslərini ifa edəcəklər.

Azərbaycanlı uşaqlar festivalda iştirak edən 10 ölkənin nümayəndələri arasından seçilən uşaqlarla birlikdə İstanbuldakı şənliklərə də qatılacaqlar.

Festival çərçivəsində uşaqların TRT rəhbərliyi, Türkiyə parlamentinin üzvləri, baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Güllə də görüşəcəkləri gözlənilir.

Qeyd edək ki, bu il festivala dünyanın 110 ölkəsindən olan balaca istedadlar qatılacaq. Onların çıxışı aprelin 23-də TRT kanalı ilə canlı yayımlanacaq

.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR